Şimali koreyalı məmurlara xarici siqaret qadağan olundu
3.12.2014

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In yüksəkçinli məmurların xaricdə istehsal olunan siqaretləri çəkməsinə qadağa qoyub.
Liderin fikrinə görə, belə siqaretlər çəkmək vətənpərvərliyə ziddir, çünki Şimali Koreyanın siqaretləri heç də onlardan geri qalmır.

Kim Çen Inın özünün hansı siqaret markasından istifadə etdiyi isə məlum deyil.

Gün.Az