Qoç - qalib gəlməyə, lider mövqelər tutmağa
çalışın. Günün ilk yarısında münaqişəli vəziyyətlərdən çıxış yolu tapın,
mübahisələrə son qoyun. Sizi maraqlandıran sahələrdə yeni
istiqamətlərin tədqiqatı üçün əlverişli zamandır.
Günün
ikinci yarısında ambisioz planı ertələyin. Yeni işin və ya sifarişin
detallarını tərəfdaşlarla müzakirə edin. Fikirlərizi anladın.
Yaxınlarınız
inadkarlıq edəcək, hər şeyi öz bildikləri təki reallaşdırmağa
çalışacaqlar. Birgə fəaliyyətin sərfəli olduğuna onları inandırın.
Axşam saatlarında ağır fiziki işə başlamayın.
Buğa -
günün ilk yarısında emosiyalarınıza nəzarət edin. Yaxın ətrafınızdakı
insanları təxribata çəkməyin, qıcıqlandırmayın. Təmkinli davranın.
Soyuqqanlı və məntiqli olsanız, yaranan problemləri həll edə bilərsiniz.
Günün ikinci yarısında situasiyada nizam artacaq. Fiziki və emosional baxımdan özünüzü daha yaxşı hiss edəcəksiniz.
Çoxdan başa vurmaq istədiyiniz işə qayıtmaq olar.
Yaxınlarınızın yardımlarından imtina etməyin. Onlar qayğınıza və səmimi hisslərinizə bel bağlayırlar.
Axşam saatlarını sevdiyiniz insanlarla keçirin.
Dostları da unutmayın.
Əkizlər
- ətrafınızda baş verən hadisələrə laqeyd qalmayın. Soyuqqanlı olsanız,
istənilən münaqişəli situasiyadan itkilər vermədən çıxa bilərsiniz.
Yanınızdakı insanlarla qayğıkeşliklə davranın.
Günün ikinci
yarısında mühüm qərar qəbul edəndə başqalarının məsləhət və
göstərişlərinə kor-koranə əməl etməyin. Qərar və əməllərinizin mümkün
sonuclarını nəzərə alın.
Hisslərə yox, məntiqə əsaslanaraq
hərəkət edin. Ani emosiyalara qapılmayın. Yaxınlarınız qərarlarınızı
tənqid edərək iradlarıın söyləyəcəklər. İstənilən halda intuisiyanızı
nəzərə alın.
Xərçəng - günün
ilk yarısında başqasının əvəzinə çalışmayın, kimisə əvəzləməyə can
atmayın. Sizə gərəkli olmayan, mənasız işlərə çox vaxt sərf etməyin.
Yaşam tempi rəvan olmadığından planlarda ciddi dəyişikliklər ola bilər.
Günün
ikinci yarısında borc almayın, kredit götürməyin. Aramla çalışaraq
tələskənlik etməsəniz, münaqişəli situasiyaları və hüquqi məsələləri
çözə bilərsiniz.
Axşam saatlarında yaxınlarınızı
diqqətinizdən kənar qoymayın. Əndişəyə düşməyin, nigaran qalmayın. İmkan
varsa, müstəqil fəaliyyətə hazırlaşın.
Şir -
inadkarlıq və maraqların aqressiv qorunması münaqişəli situasiyalar
yarada bilər. Önəm verdiyiniz insanlarla münasibətləri qorumaq üçün
başqalarının dediklərinə qulaq asın. Yaxın ətrafınızdakı insanlarla
diqqətli davranın.
Günün ikinci yarısında yalana, yaltaqlığa
inanmayın. Təmaslarda həssas olun, situasiyanı dəyərləndirin.
Sərvaxtlığı əldən verməyin. Yaxşı bələd olmadığınız insanla söhbət
zamanı aranızda məsafə saxlayın.
Axşam saatları hisslərin etirafı üçün əlverişlidir.
Qız -
mübahisələrin çözülməsi və münaqişələrə son qoymaq üçün ağılla,
sayıqlıqla davranın. Vəziyyəti dəyişmək üçün süni təkanlardan istifadə
etməyin. Olayların məcrasını müdaxilələrlə dəyişmək fikriniz varsa,
pərişan qala bilərsiniz.
Günün ikinci yarısı gündəlik
qayğıların aradan qaldırılması, rutin işlər üçün əlaverişlidir.
Ətrafınızdakı şəxslərlə söhbətdə mövqeyinizdən geri çəkilməyin.
Axşam saatlarını dəyər verdiyiniz insanlara ayırın. Qarşılıqlı anlaşmaya ciddi ehtiyac var. Ailə qayğıları ön plana çıxacaq.
Romantik görüş də istisna deyil.
Tərəzi
- mövqeyinizi nəyin bahasına olursa-olsun sübut etməyə çalışmaq əvəzinə
münaqişəli situasiya yaratmayın. İşdə kiminsə süstlüyü və ya pis
çalışması proseslərə maneələr yaradırsa, bu barədə açıq danışın. Əks
təqdirdə opponentlərinizin mövqeləri daha da güclənəcək.
Günün
ikinci yarısı danışıqlar və müzakirələr üçün əlverişlidir.
Anlaşılmazlıq və narazılıq olmayacaq. Ailə üzvləri dediklərinizə
diqqətlə qulaq asacaqlar. Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Əqrəb
- yaxşı tanımadığınız insanlarla kəskin mübahisəyə başlamayın.
Alışmadığınız şəraitdə fikrinizi açıq izhar etməyə tələsməyin.
Atacağınız addımı və ya verəcəyiniz qərarı ilk-əvvəl rasional təhlilə
uğradın. Uzunmüddətli səfərə çıxmayın.
Günün ikinci yarısı
alış-veriş üçün sərfəli deyil. Axşam saatlarına yaxın işgüzar
aktivliyinizi bir qədər azaldın. Sevdiyiniz insanı hədiyyə ilə
sevindirin.
Oxatan - işdə
həmkarlarınızla normal münasibətlərə nail olun. Qərarlarınızda azad
olun, sərbəst davranın. Yaxın ətrafınızdakı insanların fərdi
məziyyətlərinə fikir verin. Pozitiv olun.
Günün ikinci
yarısında yarımçıq işləri tamamlayın. İşgüzar görüşləri qeyri-formal
şəraitdə də keçirmək olar. Yaxınlarınızla tam qarşılıqlı anlaşmaya nail
olun. Ailə üzvlərinizdən biri ilə açıq söhbət bəzi məqamlara
baxışlarınızı dəyişə bilər.
Oğlaq -
opponentləriniz kölgədən çıxacaqlar. Köhnə mübahisə və ya münaqişə
yenidən alovlana bilər. Münasibətlərin aydınlaşdırılması üçün əlverişli
zaman deyil.
Arqumentlərdən yararlanın, məntiqli olun. Belə situasiyaların niyə yarandığını düşünün.
Günün
ikinci yarıında batininizdəki rəqiblə mübarizəyə başlayın. Tamah,
kobudluq, təşəxxüs sizə bəlalar gətirməmiş onları zəiflədin.
Axşam saatlarına yaxın yaxınlarınızla təmaslarda əhvalınız sürətlə dəyişə bilər. Təmkinli və səbrli olun.
Dolça -
bu gün qəbul etdiyiniz qərarlar nə qədər sadə və anlamlı olarsa, o
qədər yaxşıdır. Əlverişsiz situasiya sizi təbdən çıxarmasın. Stress
zamanı səbrli davranmaq çətin olsa da, emosiyaların burulğanına
düşməyin. Ehtiyatlı olun.
Günün ikinci yarısında
yaxınlarınızla təmaslarda mövqeyinizi səbatlı şəkildə qoruyun. Əks
təqdirdə mövqeləriniz zəifləyə bilər. Axşam saatlarını fiziki təmrinlərə
də həsr etmək olar.
Balıqlar -
mübahisə etməyin. Yeni tanışlarla ünsiyyət üçün münasib zaman deyil.
Yaxın ətrafınızda haqqınızda şayiələr və dedi-qodu yayanlar az deyil. Bu
adamı faş edin.
Sükan arxasında diqqətli olun, uzun yola çıxmayın.
Günün ikinci yarısı yeni layihələr, maliyyə-kredit əməliyyatları, sərmayə yatırmaq üçün sərfəli deyil.
Axşam saatlarına yaxın situasiya dəyişəcək. Qərarları intuitiv qəbul etmək olar. Yaxınlarınızı qoruyun.
Milli.Az