“LG” şirkəti kitab oxucuları üçün elastik ekranların kütləvi istehsalına başlamışdır.
Müasir e-link ekranlarının əksəriyyətindən fərqli olaraq “LG”nin
məhsullarında şüşə deyil, mobil telefonların ekranları üçün nəzərdə
tutulmuş qoruyucu plyonkalara oxşar plastik üzlüklərdən istifadə
olunacaqdır.
Plastik ekranlar şüşə ekranlarla müqayisədə daha elastik, nazik və möhkəmdir.