“LG” şirkəti elastik “elektron kağız” istehsal edir
5.4.2012

“LG” şirkəti kitab oxucuları üçün elastik ekranların kütləvi istehsalına başlamışdır.

Müasir e-link ekranlarının əksəriyyətindən fərqli olaraq “LG”nin məhsullarında şüşə deyil, mobil telefonların ekranları üçün nəzərdə tutulmuş qoruyucu plyonkalara oxşar plastik üzlüklərdən istifadə olunacaqdır.

Plastik ekranlar şüşə ekranlarla müqayisədə daha elastik, nazik və möhkəmdir.