“EuroMillions” Avropanın 9 ölkəsində keçirilir. Avropanın ən məşhur lotoreyası “EuroMillions” fransalı qadına 73 milyon avro qazandırıb.
Cekpot sahibinin adı hələ ki, açıqlanmır.
Sözügedən lotoreya oyunu çərşənbə axşamı baş tutub. Udulan məbləğ Fransa üçün 2014-cü ilin rekordu hesab olunur.
Fransada ən böyük uduş 2012-ci ildə sahibini tapıb. Bu məbləğ 169 milyon avro olub.
“EuroMillions” Avropanın 9 ölkəsində - Fransa, Böyük Britaniya, İspaniya, Lüksemburq, Belçika, İsveçrə, Portuqaliya, İrlandiya və Avstriyada keçirilir.
Oxu.az