“Murzilka” jurnalının 90 illiyi münasibətilə sərgi
4.12.2014

Dekabrın 4-də Rusiya Dövlət Uşaq Kitabxanasında Azərbaycan oxucularının da yaxşı tanıdıqları “Murzilka” jurnalının 90 illiyi münasibətilə “Ölkənin tarixi uşaq jurnalının gözü ilə” adlı sərgi açılacaq.

Sərgidə jurnalın nadir nüsxələri, nəşrin tarixinə dair müxtəlif faktları əhatə edən materiallar, 1924-2014-cü illər ərzində nəşrdə yer almış 100-dək illüstrasiya nümayiş etdiriləcək. Ekspozisiyada həmçinin 3 cildlik “Arxiv Murzilki” antologiyası da yer alacaq.

Sərgi 2015-ci il yanvarın 30-dək davam edəcək.

AzərTAc