“Facebook” sosial şəbəkəsi istifadəçilərini viruslardan qorumaq üçün yeni bir addım atıb.
Bundan sonra “Facebook” istifadəçiləri “ESET” antivirusundan ödənişsiz istifadə edə biləcəklər.
İlk olaraq istifadəçinin “Facebook”a daxil olduğu qurğuda virusa mümkün yoluxma əlamətləri olduqda ona qurğunu skan etmək üçün mesaj gələcək.
Sistem “Facebook”dan çıxmadan öz cihazını yoxlamaq, nəticələri araşdırmaq və arzuolunmaz proqram təminatının işini bloklamaq imkanı yaradır.
Bu sistem “Facebook” auditoriyasının mesaj və xəbər lentində zərərli istinad və saytları bloklamağa kömək edəcək.
Gün.Az