İnsanın doğum tarixi onun xarakterinə təsir etdiyi kimi, xarakter rənginə də təsir edir. “Psychology” xəbər verir ki, doğum gününüzə uyğun rəngi tapmaqla həmin rəngin xarakterinizə nə kimi töhfələr verdiyini müəyyənləşdirə bilərsiniz. Məsələn, əgər sizin doğum tarixiniz 25 iyun – 4 yanvar tarixləri aralığına düşürsə, xarakter rənginiz qırmızıdır.
Xarakter rəngi qırmızı olanlar sevməyi sevən, tez-tez özlərini bədbəxt hiss etsələr də, ümumilikdə optimist və enerjili insanlardır. Utancaq və çəkingən bir xarakterə malik olmadıqlarından sosial münasibətlərdə uğurlu olurlar. Lakin bu tarixlər arasında da xüsusi tarixlər var.
Məsələn, 2-11 yanvar və 5-14 iyul tarixləri arasında anadan olanların rəngi narıncıdır. Bu insanlar xüsusilə dostluq münasibətlərində heç kimə etibar etmirlər. Lakin bir dəfə etibar etdikləri insan üçün qapılar sonuna qədər açıqdır. Rəqabətcil, məsuliyyət altına girməyi sevən, hər gün yeni bir məqsəd formalaşdıran insanlardır.
12-24 yanvar və 15-25 iyul tarixləri aralığında anadan olanlar isə əliaçıq, sevilməklə yaşayan, səmimi tiplərdir. Çünki onların xarakter rəngi sarıdır. İnsanlara inamdan tərəf olur və tez etibar edirlər, mübahisələrdə tez susan tərəf olmağı əsla həzm edə bilmir və hər şəraitdə liderlik hissi ilə yaşamaqdan zövq alırlar.Romantika və başqaları üçün qərar vermək ən sevimli fəaliyyətləridir.
Çəhrayı rəng 25 yanvar – 3 fevral və 26 iyul – 4 avqustda dünyaya gələnlərin xarakter rəngidir. Onlar hər şeyin ən yaxşısını eləmək üçün əngəl tanımır, nağıllardakı kimi sevgi xəyalı onları əsla tərk etmir. Çəhrayının təsirinin azaldığı 4 fevraldan mavinin təsir gücü çoxalır.
Fevralın 8-ə kimi və 24 avqust–2 sentyabr tarixlərində dünyaya gələnlər yalnız kritik zamanlarda cəsurlaşır. Mavi rəng onların qəlb səsini yox, məntiq səsini yüksəltdiyindən sevgini yalnız filmlərdə görməyə üstünlük verirlər.
Hər cür şəraitin insanı olan və yeni insanlar tanımaqdan çəkinməyən, lüks sevən, özünəinamlı xarakter sahiblərinin rəngi yaşıldır.
Bu şanslılar 9-18 fevral və 14-23 avqust tarixlərinin yetirmələridir. Onlar qətiyyətli, səbirsiz, liderliyi sevən və əsl sevginin bir dəfə yaşandığına inananlardır.
19-28 fevral və 23 sentyabrda doğulanların xarakter rəngi qəhvəyidir. Çox çətin yaxınlıq qursalar da, onlar tez vurulurlar. İdealı tapana kimi axtarırlar.
Firuzəyi rəng yazın ilk ayında 1-10 mart və 3-12 sentyabr tarixləri intervalında anadan olanların xarakter rəngidir. Onlar sədaqətli, lakin duyğuları tez dəyişən insanlardır. Səyahəti sevən bu tiplər ümumilikdə yalnızdır. Çox tez inanmaları tez-tez incidilmələrinə səbəb olur.
Qara rəng isə bircə 21 mart tarixi üzərində hökmrandır. 21 mart yetirmələri olduqca çox düşünür, cəsur, sağlam ruhlu və düşüncəli, azad, güclü və yenilikçidir.
Bənövşəyi rəngə uyğun olaraq dost qrupunda istənilən və axtarılan, günü-gününə uymayan, cazibədar və təsir gücü yüksək olan tiplər isə əsasən 22-31 mart, 24 sentyabr-3 oktyabr tarixlərində dünyaya gələnlərdir.
1-10 aprel və 4-13 oktyabr tarixlərində dünyaya gələnlərin xarakter rəngi kirli mavidir.Həssas və ehtiraslı xarakterə sahib olan bu tiplər, bağışlamağı bacarmayan, diqqət mərkəzi olmağı sevən və diqqəti çox tez yayınan insanlardır.
11-20 aprel, 14-23 oktyabr tarixləri üçün gümüşü rəng hökmrandır. Bu tarixlərdə doğulanlar tez-tez aldadan, lakin utancaq, qürurlu, özünəinamlı, orijinal fikirli insanlardır.
21-30 aprel və 24 oktyabr-11 noyabr tarixlərində anadan olan ehtiraslı, məqsədli, qısqanc, lakin laqeyd, özünü ətrafdakılardan üstün görən insanların xarakterində ağ rəng təsir gücü genişdir.
Xarakter rəngi qızılı olan optimist, enerjili, ədalətli və tez-tez depressiyaya düşən insanlar əsasən 12-21 noyabr, 15-24 may tarixlərində anadan olanlardır.
tac.az