İyun ayında Bakıda keçirilməsi planlaşdırılan I Avropa Oyunları ilə əlaqədar Bakı Metropoliteni bir sıra yeniliklər edəcək.
Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib:
“Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin hər həftə iclası keçirilir. İclaslarda metropolitenin nümayəndəsi də iştirak edir. Əsasən nəqliyyatla bağlı məsələlər müzakirə olunur”.
Onun sözlərinə görə, oyunlar keçirilən zaman bəzi metrostansiyalarının qarşısındanavtobus servislərinin olması nəzərdə tutulur.
N.Paşayev qeyd edib ki, stansiyalarda xəbərdarlıq elanlarının yerləşdirilməsi, iki dildə xəbərdaredici lövhələrin quraşdırılması və digər məsələlərlə bağlı müzakirələr aparılır.
“Təbii ki, yekun qərar nə olsa, onu icra edəcəyik. Biz də çalışırıq ki, belə mötəbər oyunda Azərbaycanımız layiqincə təmsil olunsun”, - deyə o əlavə edib.
Qeyd edək ki, I Avropa Oyunları gələn il 12-28 iyun tarixlərində keçiriləcək.
Gün.Az