23 dekabrda iş olmayacaq
5.12.2014

Dekabrın 23-ü qeyri-iş günü elan edildi. Bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

MSK-dan bildirilib ki, Azərbaycanda bələdiyyə seçkiləri günü – 23 dekabr qeyri-iş günü olacaq.

Məlumat üçün bildirək ki, Azərbaycan MSK bələdiyyə seçkilərinə 36 min 770 namizəd qeydiyyatdan keçib. Bələdiyyə seçkiləri üçün 4 milyon 976 min 302 seçki bülleteni çap ediləcək.

Seçkilərin nəticələrinə görə, 118 seçki dairəsinin 1607 bələdiyyəsinə 15 min 35 əməkdaş seçiləcək.

Gün.Az