Eminin Bakı konsertində nələr oldu?
5.12.2014

Bəstəkar-müğənni Emin Ağalarov növbəti konsert proqramı ilə pərəstişkarlarını sevindirib.

“Baku Crystal Hall”da baş tutan konsert proqramında Qriqori Leps, İrina Dubtsova, Ani Lorak, Stas Mixaylov, Svetlana Loboda, Çarli Viliams kimi məşhur sənətçilərlə yanaşı, Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayeva da iştirak edib.

Konsert proqramı həmçinin Emin Ağalarovun bir neçə yeni mahnısını ifa etməsiylə yadda qalıb. Coşqulu anların yaşandığı konsertin digər yaddaqalan məqamı isə xalq artisti Zülfiyyə Xanbabayevanın “Eurovision” mahnı müsabiqəsinin məşhur iştirakçılarıdan biri, Ukrayna əsilli isveçli müğənni Ani Lorakla (Karolina Miroslavovna) ilə yeni duetlərini təqdim etməsi olub.

publika.az