2012-ci ilin iyul ayından“Youtube” video paylaşım saytına yerləşdirilən koreyalı müğənni PSY-nin “Gangnam Style” mahnısı izlənmə rekordları qırır.
Klip o qədər çox izlənilib ki, “Youtube”nin sayğacı tam gətirməyib.
Klipin izlənmə rəqəmi 2 milyard 137 minə çatdıqda sayğac saymağı dayandırıb.
Bununla əlaqədar “Youtube” dən açıqlama verilib. Açıqlamada heç bir videonun bu qədər izlənəcəyini hesablamadıqları və xarab olan sayğacı düzəltmək üçün işlərin görüldüyü qeyd olunub.
Klip
gun.az