Qoç - pulunuzun qədrini bilsəniz, maliyyə
məsələlərində çətinlik çəkməyəcəksiniz. Uzunmüddətli perspektivə
hesablanmış planı reallaşdırmağa başlamaq olar.
Daşınmaz əmlak və nəqliyyat vasitəsi almaq fikriniz varsa, hərəkətə keçin.
Günün ikinci yarısında borcları qismən də olsa, ödəməyə vəsait mənbələri arayın. Sonradan bunu etmək çətinliklər yaradacaq.
Xasiyyətinizin xoşagəlməz məqamları sevdiyiniz insanı qıcıqlandıra bilər.
Nöqsanları çox tənqid etməyin. Özünüzün də ideal insan olmadığınızı unutmayın.
Belə olmasa, ailədə münasibətlər gərginləşə bilər. Hisslərinizə nəzarət edin.
Buğa
- şəxsi mənafeyiniz və mənfəət istəyiniz yaxın ətrafınızdakı insanların
maraqları ilə kəskin ziddiyyət təşkil etməməlidir. Yoxsa ki, sizi
eqoizmdə suçlayacaqlar, tərəfdaşlarla münasibətlərdə problemlər
yaranacaq.
Məsul qərar qəbul edərkən situasiyanın
incəliklərini nəzərə alın. Maraqlı tərəflərin fikrindən hali olmadan nə
isə söyləməyin. Mövqelərinizi beləcə daha səbatlı edə bilərsiniz.
Günün
ikinci yarısında sevdiyiniz insanın istəklərini nəzər alın. Ailədəki
anlaşılmazlıqların qarşısını alın. Qarşınızda ifrat tələblər qoyula
bilər.
Əkizlər - praktiki davrının,
maliyyə məsələlərinin çözülməsində ənənəvi davranış modelini yeniləyin.
Unutmayın ki, nəzakət və ünsiyyətdəki səmimiyyət bir sıra planlarınızın
reallaşmasına dəstək ola bilər.
Büdcəni artırmağın orijinal yollarını arayın.
Günün
ikinci yarısında yaxınlarınızın maraqlarını öz mənafeyinizə qurban
verməyin. Alış-verişdə pulu özünüzə sərf edərək ailə üzvlərinə "qənaət
rejimi"ni tətbiq etməyin. Belədə münaqişə səbəbkarı ola bilərsiniz.
Axşam saatlarında gəzintiyə çıxın.
Xərçəng
- qərarların qəbulu zamanı sağlam məntiq və praqmat davranış
həmfikirlərlə tərəfdaşların sayını artıra bilər. Hələ uşaqlıq
illərinizdən qalmış komplekslərin əsirinə çevrilməyin. Dəyişikliklərə
başlamaq üçün yaxşı zamandır.
Günün ikinci yarısında dəyər
verdiyiniz insanlarla münasibətləri eqoist açıqlamalar və istəklər
pozmamalıdır. Sevdiyiniz insanın qədrini bilin.
Subaysınızsa, indiyədək tənha qalmağınızın səbəblərini araşdırın.
Şir -
günün ilk yarısında işlərə ciddi yanaşın. İradə və qətiyyət uğurun
yarısıdır. Hazırlıqla təhlilə yetərincə vaxt sərf etsəniz, məqsədə doğru
sürətlə irəliləyəcəksiniz.
Maliyyə məsələlərini qaydaya salmaq üçün yaxşı zamandır.
Günün
ikinci yarısında bədxərclik etməyin. Yaxınlarınızla münasibətləri
stabilləşdirin. Ailə üzvlərinə adi günlərlə müqayisədə daha çox vaxt
ayırın. Onların ehtiyaclarından, istəklərindən hali olun. Məişət
qayğılarını vaxtında həll edin.
Axşam saatlarında normal istirahət edin.
Qız
- hadisələrin məcrası bəzi maraqlarınızın təminatının ertələnməsini
tələb edir. İşgüzar aktivlik səviyyəniz artmalıdır. Yeni layihələrə fəal
başlayın, sifarişləri unutmayın. Vədlərinizi yerinə yetirin.
Günün
ikinci yarısında daha çox gəlir istəyi ənənəvi çərçivələrin
dağıdılmasına səbəb olmamalıdır. Yaxın ətrafınızdakı insanlarla
təmaslarda sayğını və etikanı unutmayın.
Sevdiyiniz insanla söhbətdə hisslərinizi etiraf edə bilərsiniz. Mənasız utancaqlıq zərərlidir. Ailə üzvlərinin qayğısına qalın.
Tərəzi
- fəndgir olun, real hədəfləri illüziyalardan ayırın. Günün cari
məsələlərini həll edin. Aktiv çalışsanız, tərəfdaşlarınız zəhmətinizi
dəyərləndirəcəklər. Diplomat olun, ünsiyyətdə qayğıkeş insan təsiri
bağışlayın.
Danışıqlar və sövdələşmələrdə gərginliyi azaldın.
Günün
ikinci yarısında ailə üzvləri ilə münasibətləriniz səmimi olsun. Sərt
dəyişikliklərə heç bir lüzum yoxdur. Sevdiyiniz insanın yanınızda olması
hisslərinizi daha parlaq edə bilər.
Axşam saatları romantik görüş üçün əlverişlidir.
Əqrəb -
hər düşündüyünü deyən insanı səmimi adlandırmaq çox çətindir. Danışanda
qarşınızdakı insanın reaksiyasını təxminləməyə çalşıın. Fəsadları və
sonucları düşünün. Mövqelərinizi qorumaq üçün soyuqqanlı
davranmalısınız.
Günün ikinci yarısında aramla çalışın,
sakitliyi çılğınlığa çevirməyin. Sizə təsir edən amilləri hesablamağa
çalışın. Bəyənmədiyiniz insanı aşağılamayın.
Axşam saatlarında gəzintiyə çıxın, səhhətinizin qayğısına qalın.
Oxatan
- məişət problemlərinin həlli bilavasitə iştirakınızı tələb edir.
Perspektiv sizi narahat etməsin. Yaşam arealını qaydaya salın,
proseslərə təkan verin. Problemlərin həllinə rasional yanaşın.
Günün ikinci yarısında avandanlıq və texnika ilə çalışanda təhlükəsizlik qaydalarını unutmayın.
Ailə üzvləri sizi dəstəkləyəcək, işlərinizdə iştirak edəcəklər. Saatlar keçdikcə mənfi təmayüllərin təsiri azalacaq.
Oğlaq
- çətin və spesifik məsələlərin həlli üçün yaxşı zamandır. Süni
məhdudiyyətləri unudun, eqoist davranmayın. Yalnız özünüzə diqqət
verməyin. Belədə, gerçəkdən də, dəyərli ideyanı reallaşdıra bilərsiniz.
Hər şeydən bir az bilməkdənsə, bir sahənin mütəxəssisi, peşəkarı olmaq daha yaxşıdır.
Günün
ikinci yarısında hadisələr aktiv iştirakınızı tələb edir. Münasibətlər
plana uyğun inkişaf edirsə, yaxınlarınızla təmaslarda rəvanlıq bərqərar
olacaq.
Dolça - inadkarlıq
münasibətlərdə çox problemlər yarada bilər. Özünüzü şəksiz lider kimi
hiss etməyin. Yaxın ətrafınızdakı insanları mövqeyinizlə razılaşmağa
vadar etməyin. Vəziyyətlə bağlı mövqelər və fikirlər fərqlidir.
Günün ikinci yarısında ünsiyyəti intensivləşdirmək və işlərdə irəliləyişə nail olmaq üçün özünüzə kənardan baxmağı bacarın.
Yaşlı
qohumların, nüfuzlu saydığınız insanların dediklərinə qulaq asın.
Sevdiyiniz insanla münasibətlərdəki sərinliyi aradan qaldırmaq
istəyirsinizsə, narazılığın səbəbini anlayın.
Balıqlar
- imkan və biliklərinizi nümayiş etdirin. Əyləncə, istirahət zamanı
deyil. Başqasının təsiri altına düşməyin. Belədə sizdən sui-istifadə
etmək istəyən şəxslərin planlarında sövqi-təbii iştirakçıya
dönəcəksiniz.
Yaxınlarınızla ünsiyyətdə həddən artıq emosional olmayın. Belə davranışınız onları qıcıqlandıra bilər.
Axşam saatlarında normal istirahətə ehtiyacınız var.
Milli.Az