Günün qoroskopu
8.12.2014

Qoç - pulunuzun qədrini bilsəniz, maliyyə məsələlərində çətinlik çəkməyəcəksiniz. Uzunmüddətli perspektivə hesablanmış planı reallaşdırmağa başlamaq olar.
Daşınmaz əmlak və nəqliyyat vasitəsi almaq fikriniz varsa, hərəkətə keçin.
Günün ikinci yarısında borcları qismən də olsa, ödəməyə vəsait mənbələri arayın. Sonradan bunu etmək çətinliklər yaradacaq.
Xasiyyətinizin xoşagəlməz məqamları sevdiyiniz insanı qıcıqlandıra bilər.
Nöqsanları çox tənqid etməyin. Özünüzün də ideal insan olmadığınızı unutmayın.
Belə olmasa, ailədə münasibətlər gərginləşə bilər. Hisslərinizə nəzarət edin.
 
Buğa - şəxsi mənafeyiniz və mənfəət istəyiniz yaxın ətrafınızdakı insanların maraqları ilə kəskin ziddiyyət təşkil etməməlidir. Yoxsa ki, sizi eqoizmdə suçlayacaqlar, tərəfdaşlarla münasibətlərdə problemlər yaranacaq.
Məsul qərar qəbul edərkən situasiyanın incəliklərini nəzərə alın. Maraqlı tərəflərin fikrindən hali olmadan nə isə söyləməyin. Mövqelərinizi beləcə daha səbatlı edə bilərsiniz.
Günün ikinci yarısında sevdiyiniz insanın istəklərini nəzər alın. Ailədəki anlaşılmazlıqların qarşısını alın. Qarşınızda ifrat tələblər qoyula bilər.
 
Əkizlər - praktiki davrının, maliyyə məsələlərinin çözülməsində ənənəvi davranış modelini yeniləyin. Unutmayın ki, nəzakət və ünsiyyətdəki səmimiyyət bir sıra planlarınızın reallaşmasına dəstək ola bilər.
Büdcəni artırmağın orijinal yollarını arayın.
Günün ikinci yarısında yaxınlarınızın maraqlarını öz mənafeyinizə qurban verməyin. Alış-verişdə pulu özünüzə sərf edərək ailə üzvlərinə "qənaət rejimi"ni tətbiq etməyin. Belədə münaqişə səbəbkarı ola bilərsiniz.
Axşam saatlarında gəzintiyə çıxın.
 
Xərçəng - qərarların qəbulu zamanı sağlam məntiq və praqmat davranış həmfikirlərlə tərəfdaşların sayını artıra bilər. Hələ uşaqlıq illərinizdən qalmış komplekslərin əsirinə çevrilməyin. Dəyişikliklərə başlamaq üçün yaxşı zamandır.
Günün ikinci yarısında dəyər verdiyiniz insanlarla münasibətləri eqoist açıqlamalar və istəklər pozmamalıdır. Sevdiyiniz insanın qədrini bilin.
Subaysınızsa, indiyədək tənha qalmağınızın səbəblərini araşdırın.
 
Şir - günün ilk yarısında işlərə ciddi yanaşın. İradə və qətiyyət uğurun yarısıdır. Hazırlıqla təhlilə yetərincə vaxt sərf etsəniz, məqsədə doğru sürətlə irəliləyəcəksiniz.
Maliyyə məsələlərini qaydaya salmaq üçün yaxşı zamandır.
Günün ikinci yarısında bədxərclik etməyin. Yaxınlarınızla münasibətləri stabilləşdirin. Ailə üzvlərinə adi günlərlə müqayisədə daha çox vaxt ayırın. Onların ehtiyaclarından, istəklərindən hali olun. Məişət qayğılarını vaxtında həll edin.
Axşam saatlarında normal istirahət edin.
 
Qız - hadisələrin məcrası bəzi maraqlarınızın təminatının ertələnməsini tələb edir. İşgüzar aktivlik səviyyəniz artmalıdır. Yeni layihələrə fəal başlayın, sifarişləri unutmayın. Vədlərinizi yerinə yetirin.
Günün ikinci yarısında daha çox gəlir istəyi ənənəvi çərçivələrin dağıdılmasına səbəb olmamalıdır. Yaxın ətrafınızdakı insanlarla təmaslarda sayğını və etikanı unutmayın.
Sevdiyiniz insanla söhbətdə hisslərinizi etiraf edə bilərsiniz. Mənasız utancaqlıq zərərlidir. Ailə üzvlərinin qayğısına qalın.
 
Tərəzi - fəndgir olun, real hədəfləri illüziyalardan ayırın. Günün cari məsələlərini həll edin. Aktiv çalışsanız, tərəfdaşlarınız zəhmətinizi dəyərləndirəcəklər. Diplomat olun, ünsiyyətdə qayğıkeş insan təsiri bağışlayın.
Danışıqlar və sövdələşmələrdə gərginliyi azaldın.
Günün ikinci yarısında ailə üzvləri ilə münasibətləriniz səmimi olsun. Sərt dəyişikliklərə heç bir lüzum yoxdur. Sevdiyiniz insanın yanınızda olması hisslərinizi daha parlaq edə bilər.
Axşam saatları romantik görüş üçün əlverişlidir.
 
Əqrəb - hər düşündüyünü deyən insanı səmimi adlandırmaq çox çətindir. Danışanda qarşınızdakı insanın reaksiyasını təxminləməyə çalşıın. Fəsadları və sonucları düşünün. Mövqelərinizi qorumaq üçün soyuqqanlı davranmalısınız.
Günün ikinci yarısında aramla çalışın, sakitliyi çılğınlığa çevirməyin. Sizə təsir edən amilləri hesablamağa çalışın. Bəyənmədiyiniz insanı aşağılamayın.
Axşam saatlarında gəzintiyə çıxın, səhhətinizin qayğısına qalın.
 
Oxatan - məişət problemlərinin həlli bilavasitə iştirakınızı tələb edir. Perspektiv sizi narahat etməsin. Yaşam arealını qaydaya salın, proseslərə təkan verin. Problemlərin həllinə rasional yanaşın.
Günün ikinci yarısında avandanlıq və texnika ilə çalışanda təhlükəsizlik qaydalarını unutmayın.
Ailə üzvləri sizi dəstəkləyəcək, işlərinizdə iştirak edəcəklər. Saatlar keçdikcə mənfi təmayüllərin təsiri azalacaq.
 
Oğlaq - çətin və spesifik məsələlərin həlli üçün yaxşı zamandır. Süni məhdudiyyətləri unudun, eqoist davranmayın. Yalnız özünüzə diqqət verməyin. Belədə, gerçəkdən də, dəyərli ideyanı reallaşdıra bilərsiniz.
Hər şeydən bir az bilməkdənsə, bir sahənin mütəxəssisi, peşəkarı olmaq daha yaxşıdır.
Günün ikinci yarısında hadisələr aktiv iştirakınızı tələb edir. Münasibətlər plana uyğun inkişaf edirsə, yaxınlarınızla təmaslarda rəvanlıq bərqərar olacaq.
 
Dolça - inadkarlıq münasibətlərdə çox problemlər yarada bilər. Özünüzü şəksiz lider kimi hiss etməyin. Yaxın ətrafınızdakı insanları mövqeyinizlə razılaşmağa vadar etməyin. Vəziyyətlə bağlı mövqelər və fikirlər fərqlidir.
Günün ikinci yarısında ünsiyyəti intensivləşdirmək və işlərdə irəliləyişə nail olmaq üçün özünüzə kənardan baxmağı bacarın.
Yaşlı qohumların, nüfuzlu saydığınız insanların dediklərinə qulaq asın. Sevdiyiniz insanla münasibətlərdəki sərinliyi aradan qaldırmaq istəyirsinizsə, narazılığın səbəbini anlayın.
 
Balıqlar - imkan və biliklərinizi nümayiş etdirin. Əyləncə, istirahət zamanı deyil. Başqasının təsiri altına düşməyin. Belədə sizdən sui-istifadə etmək istəyən şəxslərin planlarında sövqi-təbii iştirakçıya dönəcəksiniz.
Yaxınlarınızla ünsiyyətdə həddən artıq emosional olmayın. Belə davranışınız onları qıcıqlandıra bilər.
Axşam saatlarında normal istirahətə ehtiyacınız var.
 
Milli.Az