ABŞ-ın Massaçuset Universitetinin mühəndisləri formaları reproduksiya
etmək üçün robotlaşdırılmış sistemin yaradılması haqqında məlumat
vermişlər. Yeni sistem özündə üçölçülü çapın ekzotik formasını əks
etdirir.
İnstitutun Distributed Robotics Lab laboratoriyasında müxtəlif
obyektlərin formalarını təkrar edən yeni sistem haqqında material dərc
olunmuşdur. Mütəxəssislər onu ağıllı qum və ya robotlaşdırılmış daşlar
adlandırırlar.
Robotlar verilmiş obyektin formasını təkrar edə bilən ayrı-ayrı blokların birləşməsindən ibarətdir.
Robotlaşdırılmış daşların əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar
obyektə müxtəlif tərəflərdən baxaraq onu hər 3 ölçüdə təsvir edə
bilirlər.
Robotun bölmələrinin hər birində olan sadə prosessor təmasda olduğu
digər daşlarla qarşılıqlı təsir yaradır. Robotlar siqnallar vasitəsilə
təkrar olunan obyektin formasının təsviri məqsədilə xəbərləşərək
bir-birilə mübadilə edirlər.
Robotun prototipi hər biri 1 santimetr uzunluğunda olan 10 kubikdən
ibarətdir. Sistemin daxilində prosessor və kommunikasiya vasitəsindən
başqa kiçik elektromaqnit də yerləşir ki, bu da yığılma zamanı kubiklərə
bir-birini cəzb edərək tutub saxlamağa imkan verir. Gələcəkdə
Massaçuest Universitetində obyektin daha dəqiq təsviri məqsədilə çox
kiçik ölçülü daşların istehsalı nəzərdə tutulur.
AzərTAc