Ronaldodan daha bir rekord
8.12.2014

Madrid "Real"ının futbolçusu Kriştiano Ronaldo İspaniya La Liqasının 14-cü turunda "Selta"ya qarşı keçirilən oyunda het-trikə imza atıb.

Bununla da, portuqaliyalı hücumçu La Liqadakı qol sayını 200-ə çatdırıb.

Het-triklərinin sayını 23-ə yüksəldən Ronaldo həmyerlisi Alfredo Di Stefano və Telmo Sarranının rekordunu yeniləyib .

Xatırladaq ki, Di Stefano və Telmo Sarra La Liqada 22 dəfə het-trikə imza atıb.

Gün.Az