Dekabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutlacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi 9-14 m/s, səhər və səhər arabir 23-25 m/s olacaq, axşama doğru 9-14 m/s-dək mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 3-5° isti, gündüz 6-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.
Bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub küləyinin 5-10 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ehtimalı var. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.
Oxu.az