Günün ulduz falı
5.4.2012

Qoç - Daha az risk, daha az tələskənlik – bu gün yalnız məqsədə doğlu yavaş-yavaş irəliləyən Qoçlar uğur qazana və səhvlərdən yayına bilərlər. Gecikməkdən, vaxt itirməkdən qorxmayın: nəyə can atırsınızsa, sizdən qaça birməyəcək. Dəqiq elmlərin öyrənilməsi üçün münasib gündür.

Yaşlı qohumlarınızla mübahisələr mümkündür. Maliyyə, əmlak və gələcək planlarla bağlı məsələlərdə kompromis əldə etmək çətin olacaq. Siz ətrafdakıların rəyinə qulaq asmağa meylli deyilsiniz. Ona görə də münaqişəli vəziyyətləri özünüz yaradırsınız.

Buğa - İstənilən işdə əla nəticələr əldə etməyə imkan verən uğurlu və asan gündür. Köhnə müttəfiqlərlə işgüzar əlaqələri bərpa etmək, son vaxtlar aranız dəyən insanlarla dil tapmaq mümkündür. Maraqlı təkliflər alacaqsınız. Daha yüksək maaşlı, nüfuzlu və maraqlı işə keçmək olar.

Həyat potensialı yüksəkdir. Həm işə, həm evə, həm də əyləncəyə gücünüz var. Sizin gülərüzlülüyünüz və ruh yüksəkliyiniz ətrafdakılara təsir göstərəcək.

Əkizlər - Anlaşılmazlıqlar mümkündür. Onların bəzilə pis nəticələr verə bilər. İndi sizə baş verənlərin vacibliyini qiymətləndirmək və düzgün strategiyanı seçmək çətindir. Bürcün bir çox nümayəndələrinin səbri tükənir, can atdıqlarına daha tez çatmaq ümidi ilə düşünülməmiş hərəkətlər edirlər. Əslində isə daha əlverişli şəraiti gözləmək daha doğrudur.

Həyat potensialı azalacaq, nasazlıqlar mümkündür. Alkoqoldan imtina tövsiyə olunur. Tünd qəhvə və çayı şirələrlə əvəz etmək daha yaxşı olar.

Xərçəng - İş üçün əlverişli gündür. Hətta ən çətin peşə vəzifələrini də tum kimi çırtdayacaqsınız. Rəqiblərinizi əhəmiyyətli dərəcədə qabaqlaya, əzəli bədxahınızı üstələyə bilərsiniz. Siz məqsədə doğru inamla irəliləyirsiniz. Pul gəlirləri mümkündür.

Sevgililər arasında ciddi münaqişələr mümkündür. Xərçənglər güzəştə getməyə tələsmirlər. Ona görə də onlarla yola getmək çətindir. Dostlar arasında mübahisələr də istisna deyil. Amma bu fikir ayrılıqları münasibətlərə təsir etməyəcək.

Şir - İstənilən mübahisədən qalib ayrılacaqsınız. Amma ona görə yox ki, siz haqlısınız. Sadəcə olaraq, oppnentlərinizə tezliklə aydın olacaq ki, sizi fikrinizdən daşındırmaq mümkün deyil. Siz gücünüzü olduğundan yüksək qiymtətləndirməyə, əsassız risklərə getməyə meyllisiniz. Sizin nəzər nöqtənizi bölüşməyən işgüzar müttəfiqlərinizlə münasibətlər gərginləşəcək.

Bütün ailənin həyatına təsir edəcək qərarlar qəbul etməli olacaqsınız. Bu, həyəcana səbəb olacaq. Amma ən son anda diqqətinizi cəmləyə və hər şeyi düz edə biləcəksiniz.

Qız - Həddindən artıq uğurlu gün olmalıdır. Həyat potensialı yüksək səviyyədədir. Ona görə də planlaşdırdıqlarınızı (hətta, daha artığını) həyata keçirə biləcək və qətiyyən yorulmayacaqsınız. Gün fəal istirahət, fiziki iş və səfərlər üçün əlverişlidir.

Sizin üçün vacib olan insanlarla (yalnız işdə yox, həm də şəxsi münasibətlərdə) asanlıqla dil tapa biləcəksiniz. Bu günə istənilən görüşü təyin etmək olar. Əgər görüşlərin gedişi istədiyiniz kimi olmasa, bu, sizi məyus etməyəcək. Nə vaxtsa sizi tərk edən, amma hələ də həyatınızdan çıxmayan insanla münasibətləri yenidən qurmaq şansı var.

Tərəzi - Müsbət tendensiyaların təsiri güclənir, bir müddətdir yaranan problemlər müsbət həllini tapacaq. Yeni dostlar və müttəfiqlər qazanacaqsınız. Sizin məqsədə doğru irəliləməyinizə ətrafdakılar hörmətlə yanaşacaq, çətin vəziyyətdə həvəslə yardım əli uzadacaqlar.

Bu gün asanlıqla vurula bilərsiniz. İnsanlar haqqında layiq olduqlarından daha müsbət düşünürsünüz. Xoşbəxtlikdən düşünülməmiş addımlardan və axmaqlıqdan yayına biləcəksiniz.

Əqrəb - İşləriniz gah gətirmir, gah da inanılmaz şəkildə gətirir – heç də həsəd aparılası assortiment deyil. Xoşbəxtlikdən çətinlik və problemlərin altında əzilməyəcək qədər ruhən güclüsünüz. Bununla belə, ğura doğlu irəliləmək get-gedə daha da çətinləşir. Səbriniz olsun. Hətta, ən çətin və vacib işləri də təxirə salmağa hazır olun.

Yaxınlarınızla münasibətlər gərginləşir: sizi anlamırlar, istəmədiyiniz halda məsləhətlər verir, zövq almadığınız işləri görməyə məcbur edirlər. Təmasları kəsmək, təklikdə qalmaq istəyirsiniz. Amma bu heç də həmişə mümkün olmur.

Oxatan - Peşəkarlıq baxımından pis gün deyil: heç bir təhlükə gözlənilmir, yeni layihələrə cəsarətlə başlaya və köhnə layihələr üzərində işi davam etdirə bilərsiniz. Birgə işdə siz təkcə ruhlandırıcı yox, həm də hərəkətverici qüvvə olacaqsınız. Bu, olduqca yorucudur. Amma xoşbəxtlikdən nəticə də pis olmayacaq.

Bu gün yeganə çatışmazlığınız fantaziya olacaq. Onsuz sevdiyiniz insanla münasibətlərdə yenilik edə bilmirsiniz. Xırda xoşagəlməzlikləri ürəyinizə salır, boş şeylərə görə tez-tez inciyirsiniz.

Oğlaq - Əla gündür. Hərəkətə keçməyə tələsin, bir gözəl dəqiqəni də boşa verməyin! İşdə böyük uğurlar mümkündür. İrəliləyiş və onun sayəsində rəqiblərinizin sizdən xeyli geridə qalması istisna deyil. Nüfuzlu şəxslə çox gözəl işgüzar əlaqələr qurmaq şansı var. O, sizin təkcə müttəfiqiniz yox, həm də himayəçiniz olacaq.

Sevgi romanları asanlıqla və təbii şəkildə yaranacaq. Onlar ehtiraslı və xoş keçəcək, xüsusi problem gözlənilmir. Ailə problemlərini həll etmək olar. Həyatınızda tamamilə yeni (və olduqca əyləncəli) səhifə açmaq şansınız var.

Dolça - Ehtiyatlı olun! Əlverişsiz, gərgin və çətin gündür. Bircə dəqiqə ehtiyatı əldən verməklə çox şey itirə bilərsiniz. İşgüzar görüşlər olduqca pis keçəcək. Etibarlı hesab etməyə öyrəşdiyiniz müttəfiqləriniz əvvəlcədən əldə edilmiş razılaşmaları pozacaq, planlarını dəyişəcəklər.

Ailədə münaqişələr mümkündür. Sizin gözlənilmədən problemlərinizlə təkbaşına, yaxınlarınızın yardımı olmadan qalacağınız istisna deyil. Əsəb sisteminizin yüklənməsi ehtimalı yüksəkdir. Ürək-damar xəstəlikləri kəskinləşə bilər.

Balıqlar - Heç də hər şey ümidsizcəsinə pis deyil. Amma çox şey elə görünür. Olduqca bədbin əhval-ruhiyyədəsiniz. İnsanlar sizi şənləndirməyə çalışsalar da, alınmır. Yalnız özünüz neqatif emosiyaların öhdəsindən gələ bilərsiniz – bununla mübarizəyə nə qədər tez başlasanız, o qədər yaxşıdır.

Yaradıcılıq potensialı yüksəkdir, qeyri-standart qərarlar, orijinal yollar tapırsıız. Əgər günün sonunda yekunları nəzərdən keçirsəniz, çox şeyə nail olduğunuzu görəcəksiniz. Aaxşam xoş sürprizlər, pul və hədiyyə gözlənilir.

Milli.Az