Pişik sahibəsinə 99 milyon dollar qazandırdı - FOTOLAR
8.12.2014

Sosial şəbəkələrdə "Grumpy Cat" kimi tanınan bu pişik çox qəzəbli, həmişə narazı görünür. Amma əslində o, sahibəsini sevən, normal pişikdir.

Əsl adı "Tardar Sauce" olan pişik saysız-hesabsız memlərlə yanaşı, bestsellərə çevrilən kitab və hətta filmin qəhrəmanıdır.

Pişik o qədər populyardır ki, onun obrazlarından kommersiya məqsədilə istifadə edilməsi sahibəsi Tabata Bundesenə 99 milyon dollar qazandırıb.

2 yaşlı pişiyin ötənilki "gəlir"ləri Nikol Kidman, Kemeron Dias və ya Metyu MakKonahi təki Hollivud ulduzlarının əldə etdiyi pullardan da çox olub.

Pişiyin "baş qəhrəman" olduğu "Grumpy Cat's Worst Christmas Ever" filmi ötən ay nümayişə başlayıb.

ABŞ-ın Arizona ştatındakı Morristaun şəhərində yaşayan Tabata Bundesen deyib: "Pişiyimin bu qədər qısa müddətdə məşhurlaşacağını əsla düşünmürdüm. İndi o, həddən ziyadə populyardır".

 


Milli.Az