Axtarış
Başqa şəhərlərdə
Sosial şəbəkələrdə "Grumpy Cat" kimi tanınan bu pişik çox qəzəbli, həmişə narazı görünür. Amma əslində o, sahibəsini sevən, normal pişikdir.Əsl adı "Tardar Sauce" olan pişik saysız-hesabsız memlərlə yanaşı, bestsellərə çevrilən kitab və hətta filmin qəhrəmanıdır. Pişik o qədər populyardır ki, onun obrazlarından kommersiya məqsədilə istifadə edilməsi sahibəsi Tabata Bundesenə 99 milyon dollar qazandırıb.2 yaşlı pişiyin ötənilki "gəlir"ləri Nikol Kidman, Kemeron Dias və ya Metyu MakKonahi təki Hollivud ulduzlarının əldə etdiyi pullardan da çox olub. Pişiyin "baş qəhrəman" olduğu "Grumpy Cat's Worst Christmas Ever" filmi ötən ay nümayişə başlayıb. ABŞ-ın Arizona ştatındakı Morristaun şəhərində yaşayan Tabata Bundesen deyib: "Pişiyimin bu qədər qısa müddətdə məşhurlaşacağını əsla düşünmürdüm. İndi o, həddən ziyadə populyardır". Milli.Az
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.