Röyanın konserti üç gün olacaq
8.12.2014

19-20 dekabr tarixinə nəzərdə tutulmuş konsertin müddətinə bir gün daha əlavə olunub.
Bu barədə müğənni özünün "İnstaqram" hesabında yazıb:

"Bir gün də artırdıq. Hər dəfə düşünürəm, bəlkə iki gün bəsdir, amma bilet satışı buna imkan vermir. Mənə və işimə qoyduğunuz hörmətə və sevgiyə görə hamınıza təşəkkür edirəm. Vallah içdən deyirəm, xoşbəxt qadınam. Sevənim və sevməyənim var. Ən azından ağlınızda olduğum üçün çox sağ olun".

Qeyd edək ki, sənətçi dekabrın 19, 20 və 21-də “Mən sənsiz” adlı konserti ilə çıxış edəcək. Konsert saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq.

Biletlərin qiyməti 20-120 manat arasındadır.

Gün.Az