Azərbaycan Tərcümə Mərkəzinin saytı yeddi dildə fəaliyyət göstərəcək
9.12.2014

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) saytı (aztc.gov.az) dekabrın 9-dan 7 dildə fəaliyyət göstərəcək.

ATM-dən bildirilib ki, yaradıldığı gündən Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən sayt bu tarixdən etibarən ispan, ərəb, fars və türk dillərində də yayımlanacaq.

Qeyd edək ki, mərkəzin rüblük mətbu orqanı olan “Xəzər” dünya ədəbiyyatı jurnalının (xezerjurnali.az) və “Aydın yol” qəzetinin (aydinyol.az) saytları da internet istifadəçilərinin ixtiyarına verilib.

azertag.az