Daha bir həmyerlimiz “O səs Türkiyə”də- “O səs Türkiyə”nin sonuncu buraxılışında Cənubi Azərbaycandan Yasər Ehsan adlı yarışmaçı iştirak edib.
Əslən Təbrizdən olan iştirakçı “Delilah” (Tom Cons) mahnısını ifa edərək bütün münsifləri özünə tərəf döndərə bilib. Həmyerlimiz sonda Gökhan Özoğuzu seçərək, onun komandasında yarışmağa qərar verib.
Xatırladaq ki, Yasər Ehsan illər öncə Azərbaycanda "Yeni Ulduz" yarışmasında iştirak edib.
Qeyd edək ki, Acun İlicalının aparıcılığı Türkiyənin "TV8" telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.
VİDEO
Qafqazinfo.az