Çində nənə hər gün evdən məktəbə qədər olan 10 kilometrlik yolu nəvəsini belinə alaraq qət edir.
Çinin cənub-qərbindəki kəndlərdən birində yaşayan 57 yaşlı Han Yunçiunun 10 yaşlı nəvəsi Tanda anadangəlmə serebral iflic var. Lakin nəvə oxumaq istədiyini deyəndə nənə nəyin bahasına olursa-olsun, nəvəsini oxudacağını deyib.
10 yaşlı qızın atası avtomobil qəzasında həlak olub, anası isə başqa şəhərdə təhsil alır.
Kənddə yaşayan nənənin fədakarlığından media mənsubları bəhs edəndən sonra Çinin ən yaxşı cərrahları 10 yaşlı qızın müalicəsi ilə məşğul olmağa başlayıblar.
Han Yunçiunun fədakarlığını telekanallarda görən minlər, on minlərlə çinli isə bu nənəyə yardım etməyin yollarını arayırlar.
Video
Milli.Az