Yeni ili bu şəhərlərdə keçirin
9.12.2014

Yeni ili uzun müddət xatırlamaq istəyirsiniz? Bunun üçün dünyanın bir neçə şəhərinə üz tuta bilərsiniz.

Yeni ili ən gözəl şəkildə keçirmək üçün 5 şəhəri təqdim edirik.

İstəsəniz yeni ilin ilk anlarını qarlarla örtülü meydanda, ya pinqvinlərlə, ya da yay istisində qarşılaya bilərsiniz.

Rusiya, Sankt-Peterburq - Röya kimi

Rusiyanın ən böyük şəhəri, şimal paytaxtı olan Sankt-Peterburq Yeni ili keçirmək üçün ən gözəl şəhərlər siyahısında birincidir. Yeni il günü burada havanın işıqlı hissəsinin ən az olduğu günlərdəndir. Belə ki, cəmi 6-7 saatlıq işıqlı havadan sonra gecənin əsrarəngizliyi insana nağıl təsiri bağlayır. Bu şəhər ağ örtüyü rəngli işıqları ilə romantik bir şəhərdir.

Ruslar üçün Yeni il bayramı ən önəmli günlərdəndir. Onsuz da işıqlı qədim olan bu şəhər bayram münasibəti ilə daha da möhtəşəm görüntü alır.

Buz meydanları insanlarla dolur-daşır, rəngarəng fişəng şousu isə heyran edir. Bu şəhərdə keçirilən bayram bir ömür yadınızdan çıxmayacaq.

ABŞ, Nyu-York - Ən möhtəşəm yolka

Bu şəhərin küçələrində insanlara tamamilə pulsuz əyləncə təklif edilir. Bayramı qeyd etmək üçün gecəni gözləməyin. Səhərdən Nyu-York küçələrində bayram gəzintisi sizə bir ömürlük xatirə yaşadacaq. “Rockofeller” meydanı bayram üçün ən gözəl seçimdir. Dünyanın ən möhtəşəm Yeni il

yolkası bu meydandadır. Belə ki, bir ağacın bəzənməsinə 30 mindən çox lampa, bir o qədər də büllurdan istifadə edilir. Burada həm də ən böyük buz meydançalarından biri var.

340 hektarlıq Mərkəzi Parkda Yeni il başqa bir gözəldir.

Nyu-York həm də sənət şəhəridir. Operalar, teatrlar bayram əhval-ruhiyyəsində olur. Bayram günü amerikalılar “Times” meydanına da gedirlər. Bura toplaşan minlərlə insan birlikdə 10-dan geriyə doğru saymağa başlayır və yeni ilə birgə qədəm qoyur.

Bueynos-Aynes - Gözəl havanın şəhəri

Yeni il gecəsini opera binası olan Tetra Colonda keçirə bilərsiniz. Bu bina dünyanın ən yaxşı akustikası olan 5 binadan biridir. Sadəcə musiqi yox, binanın gözəlliyi belə sizi sehirləməyə yetəcək.

Şəhər bayram ərəfəsində küçə şənlikləri ilə dolu olur. Xüsusilə tanqo sevənlər üçün bu şəhərdə Yeni il möhtəşəm olacaq.

Bu şəhər maliyyə böhranları ilə boğuşsa da, əhali hələ də yaşama, həyata olan sevgisini itirməyib.

Braziliya, Rio de Janeyro - Çimərlikdə Yeni il

İndi bu şəhərdə ilin ən isti günləridir. Rio həmişə bu günü ilə yaşayır. Bu şəhərdə gələcək qayğısı yoxdur. Yeni ildə insanlar çox ölkədən fərqli olaraq çimərliklərə toplaşır, şəhər küçələrini canlı musiqinin sədaları ağuşuna alır.

Bu şəhər Dali, Pikasso tablosu kimi sürrealistdir. Dənizlər, dağlar arasındakı bu karnaval şəhəri möhtəşəm bayram abı-havası yaşadır.

Keyp Taun - Pinqvinlərlə Yeni il

Soyuq hava yerinə Yeni ili isti dənizdə, çimərliklərdə keçirməyə nə deyirsiniz? Bu şəhəri anlatmaq üçün Masa dağı, “V&A Vaterfront” limanı, “Ümid” burnu və şərab demək kifayətdir.

Le Quartier Francais şərab dadımı üçün ideal yerdir, bu sahədə o dünyanın 50 ən yaxşı şəhəri arasında yer alır. Sadəcə Keyp Taun da deyirik, ətrafında da yaddaqalan yeni ili qarşılamaq olar. Xüsusilə, dekabrın 28-dən yanvarın 2-dək şəhərdə bir-birindən möhtəşəm, rəngarəng mərasimlər keçirilir. Əgər şəhərdə rəngarəng çətirli insanlar görsəniz çaşmayın. Çünki hər il yanvar ayında Minstrel karnavalı keçirilir.

Gün.Az