Daha bir Azərbaycan kanalı “Azerspace-1” peyki üzərindən yayıma başladı
9.12.2014

“Azərkosmos” ASC və Lider telekanalı arasında kanalın “Azerspace-1” peyki üzərindən yayımına dair müqavilə imzalanıb.
ASC-dən verilən məlumata görə, televiziya kanalı 11135/H/27500 tezliyi ilə efirə çıxıb.

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən Azerspace-1 peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder.

Gün.Az