Qoç - əvvəllər planlaşdırdığınız işlərin çoxunu
günün ilk yarısında reallaşdırmaq mümkündür. Sürətli və qətiyyətli olun.
Həmişə məsləhət aldığınız insanların açıqlamalarını bu dəfə gözləməyin.
Kiçik itkilər, texnikanın sıradan çıxması mümkündür. Səfər və ya
səyahət hesablamalarınızdan artıq vaxt tuta bilər.
Qəfil yaranan anlaşılmazlıq və problemləri dərhal həll edin.
Günün
ikinci yarısı bilik və bacarıqların artırılması, informasiya mübadiləsi
üçün əlverişlidir. Aldığınız məlumatları təhlil edin.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Buğa
- günün ilk yarısında görüləsi işlər çoxdur. Həmin işləri bitirin. Amma
bilin ki, minnətdarlıq, mükafat və ya ödəniş sonradan ola bilər.
Yaşamınızdakı olaylara görə kimsəyə şikayətlənməyin.
Mühüm
məsələləri təkbaşına həll etməli olacaqsınız. Yaxınlarınız rifahları ilə
bağlı məsələlərin həllini sizə həvalə etmək istəyirlər.
Günün ikinci yarısında yorulacaqsınız. Özünüzü taqətdən salmayın. Müəyyən işləri ertəmələk olar.
Yolda çox vaxt keçirməyin.
Əkizlər -
maraqlandığınız predmetlə bağlı maksimum informasiya əldə etməyə
çalışın. Belə hazırlıqda fayda var. İstənilən formada gözlənlməz
hadisəni sürpriz kimi qarşılamayın.
Yeni layihələrin reallaşdırılmasını ertələyin.
Günün ikinci yarısında uzunmüddətli səfərə çıxmayın.
Axşam saatlarını sakit şəraitdə, ailə üzvləri ilə birlikdə keçirin. Sevdiyiniz insan sizi dəstəkləyəcək.
Subaysınızsa, aradığınız insanı tapacaqsınız.
Xərçəng
- günün ilk yarısı mühüm işlər və genişmiqyaslı layihələr üçün
əlverişli deyil. Başlamaq istədiyiniz işin təfərrüatları, detalları
barədə mümkün qədər çox informasiya toplayın. İşgüzar görüşə hazırlaşın.
Ünsiyyət zamanı qarşı tərəflə sayıq davranın.
Günün ikinci yarısında maraqlarınızı tam təmin etməyə çalışın.
Münaqişə
və ya mübahisələrə qatılmayın. Belə olayların gözlənilməz fəsadları ola
bilər. Yaxınlarınızla təmaslarda səmimi və qayğıkeş olun.
Axşam saatlarında əyləncə məkanına yollana bilərsiniz.
Şir
- işlərinizin irəliləməsi üçün başqasının təcrübəsindən yararlanın.
Maraqlandığınız məsələlərdə ciddi nailiyyətlər üçün peşəkarın yardımına
ehtiyacınız var.
Günün ikinci yarısında müsbət təmayüllərin
təsiri artacaq. Yeni işlərə hazır olun. Fəqət tələsməyin. Əvvəlcə
planlaşdırın, sonra reallaşdırmağa başlayın.
Yaxın
ətrafınızdakı insanların qeydinə qalın. Köhnə dostlarla təmasları
intensivləşdirin. Axşam saatları romantik görüş üçün əlverişlidir.
Qız
- günün ilk yarısında önəmli işə başlamaq olar. Aktiv ünsiyyət və yeni
insanlarla görüşlərdə xeyir var. Gərəkli informasiyanı əldə etməyə
çalışın.
Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Situasiyadan dərhal yararlanmağa tələsməyin.
Günün ikinci yarısında vəziyyəti yaxşı təhlil edin.
Sevdiyiniz
insanın davranışındakı fərqlər sizi təəccübləndirməsin. Şəxsi
həyatınızda yeniliklər ola bilər. Ənənəvi yaşam ritminizin
dəyişikliklərə ehtiyacı var.
Tərəzi
- ötənlərdə verdiyiniz vədlərlə bağlı səhər saatlarında problemlər
yarana bilər. Narahat olmayın, saatlar keçdikcə müsbət təmayüllərin
təsiri artacaq. Aktiv olun, yarımçıq işləri tamamlayın. Müşkül
vəziyyətdən çıxış yolu olduğunu unutmayın.
Günün ikinci yarısında yeni məlumat, gözlənilməz informasiya istisna deyil.
Yaxınlarınızla
ünsiyyətdə tam səmimiyyətə bel bağlamayın. Sevdiyiniz insanla
təmaslarda qıcıq, suallardan yayınmaq hissi yarana bilər. Axşam
saatlarına yaxın enerji səviyyəniz aşağı düşəcək. İstirahətə normal vaxt
ayırın.
Əqrəb - qarşınıza
həddən ziyadə çətin məqsədlər qoymayın. Belə məqsədlərə çatmaq üçün
özünüzdə qüvvə hiss edirsinizsə, aramla çalışın. Rutin işlərin başa
vurulması üçün yardıma ehtiyacınız var. Əks təqdirdə əhvalınız
pozulacaq, özünüzü yorğun hiss edəcəksiniz.
Günün ikinci
yarısında məişət qayğıları diqqətinizi yayındırmasın. Ailə üzvlərinizi
əhvalınız və fikirləriniz maraqlandırmayacaq. Belə eqoizm sizi pərişan
edə bilər. Nəticə çıxarmağa tələsməyin. Bilmədən kiminsə xətrinə dəyə
bilərsiniz.
Oxatan - günün ilk
yarısı həddən artıq mühüm məsələlərin həlli üçün əlverişli zaman deyil.
İşgüzar aktivliyinizi azalda bilərsiniz. Peşəkar fəaliyyət ortamını
dəyişmək olar. Problemlər barədə çox düşünməyin.
Günün ikinci
yarısında yaxın ətrafınızdakı insanlar sizə yardım edəcəklər. Real
danışan insanlarla təmaslara üstünlük verin. Təklifləri nəzərdən
keçirəndə diqqətli olun. Kimdənsə asılı vəziyyətə düşməyin.
Axşam
saatlarında şəxsi münasibətlərdə anlaşılmazlıq və münaqişələr yarana
bilər. Sevdiyiniz insanlarla harmonik təmasları qorumaq üçün əsassız
qısqanclığa qapılmayın.
İnam sevgidir.
Oğlaq
- diqqətli olun. Bu gün yol verəcəyiniz səhvlər və yanlışlıqlar
sonradan ciddi fəsadlar yarada bilər. İşgüzar münasibətlər korlanacaq.
İşdə rəhbərliyin tələbləri ziddiyyətli, qarışıqdır. Həmkarlarınız
ümidlərinizi doğrultmayacaq.
Günün ikinci yarısında alış-veriş uğursuz olacaq.
Yaxınlarınızın
dəstəyi çox mühümdür. Məhz onların sayəsində ruh düşkünlüyünə
qapılmayacaq, yaxşı əhval-ruhiyyədə olacaqsınız. Ev işləri sizi
pessimizmdən qurtara bilər.
Mənasız və əsassız əndişələrə qapılmayın. Təlaş işlərə ciddi ziyan vura bilər.
Dolça -
günün ilk yarısında ciddi işlərlə məşğul olun. Bilik və bacarıqlarınızı
nümayiş etdirin. Tərif gözləməyin. Təkliflərinizin dərhal
eşidiləcəyini, müzakirə olunacağını düşünməyin.
Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın.
Qətiyyətli
və iradəli olsanız, məqsədə çatacaqsınız. Ailə üzvlərinin
problemlərindən hali olun. Sonuclardan razı qalacaqsınız. Minnətdarlıq
gözləməyin. Axşam saatlarını sakit ortamda keçirin.
Balıqlar
- günün ilk yarısı uğurludur. Bu məhsuldar zamanı mühüm və məsuliyyətli
işlərə sərf edin. Özünüzlə bahəm, yaxın ətrafınızdakı insanlarla bağlı
qərarlar qəbul edə bilərsiniz. Köçə hazırlaşın, potensial sifarişçi və
ya yaşamınızda önəmli rol oynayacaq insanlarla müzakirələrə başlayın.
Günün
ikinci yarısında diqqət mərkəzində olmayın, bir müddət kölgəyə çəkilin.
Təmasları məhdudlaşdırın. Ən yaxın insanların yardımlarına bel bağlaya
bilərsiniz. Yeni tanışlara isə inanmayın.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Milli.Az