Böyük Britaniyanın "Goldgenie" şirkəti 24 dəyarlı qızıldan velosiped hazırlayıb.
Məhdud sayda olan "San-Marko" seriyalı velosipedin oturacaq hissəsi yumşaq dəri ilə örtülüdür. Onun bütün hissələri hətta təkərlərinin zəncirləri də qızıldan ibarətdir. Bununla yanaşı vellosiped brilliantlarla bəzədilib.
Bu velosipedi almaq istəyənlər əlavə olaraq, dəyərli daşlar ilə bəzədilmiş və ya dəridən ibarət sükan, oturacaq sifariş edə bilərlər.
Velosipedin qiyməti isə 250 min funt yəni 400 min dollar məbləğindədir.
Şirkətin məhsulları arasında bahalı materiallardan və dəyərli daşlardan ibarət gül formalı sancaqlar, heykəllər, mobil telefonlar da yer alır.
ANS PRESS