Bu rayonda qaz olmayacaq
10.12.2014

Bu gün saat 16:00-dək Nərimanov rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə istinadən verilən xəbərə görə, fasilə H.Əliyev prospektində tikilən Vergilər Departamentinin yeni inzibati binasının tikinti sahəsinə düşən diametri 315 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədardır.

Gün.Az