Axtarış
Başqa şəhərlərdə
Amerikada 14 yaşlı uşağın mumiyası 2500 il sonra ilk dəfə olaraq açılıb. Mumiya Çikaqo şəhərində tapılıb və 1920-ci ildən Tarix muzeyində saxlanılıb. Minirdis adı verilən və misirli bir rahibin oğlu olduğu müəyyənləşdirilən 14 yaşlı oğlan uşağının mumiyası xüsusi ehtiyatla açılıb.Lakin bütün bunlara baxmayaraq, mumiyanın yalnız ayaq hissəsi göstərilə bilib. Belə ki, bədən və baş hissəsindəki qızıldan olan örtük və sarğılar zaman keçdikcə köhnələrək zədələnib. Buna görə də mumiyanın həmin hissələri bağlı saxlanılıb. Çünki bu hissələr açıldığı təqdirdə mumiya bir anda toza çevrilə bilər.Eramızdan əvvəl 500-cü illərdə öldüyü və mumiyalandığı təxmin edilən Minirdisin ölüm səbəbini alimlər hələ ki, müəyyənləşdirə bilməyiblər.Mumiyanın diqqət çəkən daha bir xüsusiyyəti isə 2500 il keçməsinə baxmayaraq, ayaq barmaqlarının izlərinin hələ də qalmasıdır. Layihəyə rəhbərlik edən P.C.Braun mumiya üzərində işlərin getdiyini və lazım gələrsə qalan hissəsinin də açılacağını bildirib. xeber.az
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.