Yoxa çıxmış gəmi tapıldı - FOTO
10.12.2014

Havay adalarının sahillərində 1923-cü ildə yoxa çıxmış gəmi tapılıb. Dayverlər gəmini 600 metr dərinlikdə aşkarlayıblar.

1923-cü iddə yoxa çıxan "Dikenson" gəmisinin torpedonun birbaşa atəşi nəticəsində batdığı məlum olub.

Havay Universiteti və ABŞ-ın Milli Dəniz Cəmiyyətinin alimlərinin dediklərinə görə, "Dikenson" gəmisi adaların sakinlərinə materiklə daha sıx əlaqə saxlamağa imkan verirdi. Çünki gəminin heyəti adalardan materikə rabitə kabeli çəkirdi.

"Gəmi torpedo atəşi nəticəsində batsa da, onun durumu pis deyil. Gəmi əsl muzey eksponatıdır. Bundan başqa, "Dikenson"un tədqiqatı Sakit okeanda baş vermiş hadisələrin araşdırılmasında bizə yardım edə bilər", - gəmini aşkarlamış qrupun üzvlərindən biri, professor Terri Kerbi deyib.

Milli.Az