Azərbaycan filmləri beynəlxalq festivalda nümayiş olunacaqdır
5.9.2011

Cari ilin oktyabrında İranın Həmədan şəhərində 25-ci Beynəlxalq uşaq və gənclər filmləri festivalı keçiriləcəkdir.
Festivalın qısa və tammetrajlı bədii, video, həmçinin animasiya filmlərini əhatə edən müsabiqə proqramından əlavə, müsabiqədənkənar proqramı da vardır. Bu proqrama son illər müsəlman ölkələrində istehsal olunmuş filmlərin nümayişi daxildir. Bununla əlaqədar Azərbaycanda 2000-ci ildən başlayaraq uşaq və gənclər üçün istehsal olunmuş 5 filmin (2 bədii, 3 cizgi filmi) də festivala göndərilməsi nəzərdə tutulmuşdur.