Milyarder 10 min afrikalının təhsilinə 100 milyon pul yatırdı
10.12.2014

Nigeriyalı milyarder Toni Elumelu Afrikada yaxın 10 il ərzində 10 min yeni sahibkarın ortaya çıxması üçün sərvətinin 100 milyon dollarını onların təhsili üçün ayırıb.

Elumeli bu günlərdə keçirdiyi mətbuat konfransında növbəti nəsil Afrika iş adamlarının təhsil alması və onların təhsilinin maliyyələşdirilməsi üzrə yeni proqramın yaradıldığını elan edib.

Proqram çərçivəsində növbəti 10 il ərzində bütün Afrika üzrə istedadlı gənclər aşkar edilərək, onlara təhsil veriləcək.

Milyarder layihə nəticəsində milyona yaxın yeni iş yerinin açılacağını və bunun Afrika iqtisadiyyatına hər il 10 milyard dollar gəlir gətirəcəyini ehtimal edir.

Gün.Az