Dırnaq boyda dini kitab - Foto
10.12.2014

İsrailin Qüds şəhərində yerləşən “Nano Bible” şirkəti dırnaq ölçüsü boyda dini kitab hazırlayıb. İncilin Əhdi-Cədid hissəsi o qədər kiçik ölçüdə hazırlanıb ki, onu həm boyundan asmaq, həm də saatın içinə yerləşdirmək olar.

Müqəddəs kitabın ölçüsü 5 millimetrdir. İndi isə şirkət hazırladığı dünyanın ən kiçik İncil kitabının Ginnesin Rekordlar Kitabına düşməsi üçün iddia qaldırıb. Kitabı oxumaq üçün mikroskopdan istifadə etmək lazım gəlir. Kitabda hərflərin eni 0,18 mikrondur.

publika.az