Bahalı yolsuzluq avtomobillərinə hər zaman böyük tələbat olub. Bu tip avtomobillər müştəriləri öz böyük ölçüləri, yüksək keçimə malik olması və sərnişinlər üçün daha çox yer ayrılması ilə cəlb edir.
2014-cü ildə satılan ən bahalı avtomobillərin siyahısını təqdim edirik:
10. “Toyota Land Cruiser”, istehsal ili 2014: 98 000 dollar


“Land Cruiser” 316 at gücündə 4,6 litr həcmli V tipli mühərriklə təchiz olunub.
9. “Lexus LX 570”, istehsal ili 2014: 135 000 dollar


Bu yolsuzluq avtomobili 383 at gücündə 5,7 litr həcmli 8 silindirli mühərriklə təchiz olunub.
8. “Cadillac Escalade”, istehsal ili 2014: 139 000 dollar


“Cadillac Escalade” 557 at gücündə 6,2 litr həcmli mühərriklə təchiz olunub.
7. “BMW X6-M” istehsal ili 2014: 140 000 dollar


“BMW X6-M” 555 at gücündə 4,4 litr həcmli mühərriklə təchiz olunub.
6. “Land Rover Range Rover Sport Autobiography”, istehsal ili 2014: 160 000 dollar


“Range Rover Sport” avtomobili 510 at gücündə 5 litr həcmli mühərriklə təchiz olunub.
5. “Porsche Cayenne Turbo-S”, istehsal ili 2014: 195 000 dollar


“Porsche”-nin bu modeli 550 at gücündə 4,8 litr həcmli mühərriklə təchiz olunub.
4. “Mercedes-Benz GL 63 AMG”, istehsal ili 2014: 220 000 dollar


“Mercedes-Benz GL” 550 at gücündə 5,5 litr həcmli mühərriklə təchiz olunub.
3. “Mercedes-Benz Gelandewagen 63 AMG”, istehsal ili 2014: 235 000 dollar


Əfsanəvi “Gelandewagen” 5,5 litr həcmli mühərriklə təchiz olunub.
2. “Land Rover Range Rover Autobiography Long”, istehsal ili 2014: 275 000 dollar


“Range Rover Autobiography Long” 503 at gücündə 5 litr həcmli mühərriklə təchiz olunub.
1. “Mercedes-Benz G63 AMG 6×6”, istehsal ili 2014: 650 000 dollar



“Mercedes-Benz G63 AMG 6×6”-nın hündürlüyü 2,4 metr, uzunluğu 5,8 metr
təşkil edir. Bu modeldə 3 ox mövcuddur, onlara 6 təkər yerləşdirilib.
“G63 AMG 6×6” 544 at gücündə 5,5 litr həcmli mühərriklə təchiz olunub.
Qeyd edək ki, avtomobillərin qiymətləri maksimal komplektasiyada göstərilib.
Oxu.az