Uçan avtombil sınaqdan keçirildi - VİDEO
11.12.2014

Slovakiyalı mühəndis Stefan Klein "Aeromobil" adını verdiyi uçan arabanın istehsalına başlayıb.

20 ilini həsr etdiyi avtomobildən danışan ixtiraçı yeni modelin daha çox kimsəsiz yerlərdə yaşayan insanların köməyinə çatacağına ümid edir. Həmçinin o deyib ki, bu avtomobil infrastrukturun olmadığı və aralarında 700 kilometrlik məsafə olan iki məkan üçün də çox faydalı ola bilər.

2 adam tutumlu Aeromobil, havada 700 kilometr, quruda isə 500 kilometrə qədər yol qət edə bilir. 100 at gücündə malik mühərriklə təchiz olunmuş avtomobil quruda saatda 160, havada isə saatda 200 kilometr sürət yığmaq imkanına malikdi. Avtomobilin havaya qalxması üçün saatda 130 kilometr sürət yığması kifaytdir.

"Aeromobil" bir çox helikopterlərdən fərqli olaraq, sərt zəminə rahatca enə bilir. Benzinlə çalışan “Aeromobil” qənaətli yanacaq sisteminə sahibdir.

2016-cı ildə satışa çıxarılması planlaşdırılan "Aeromobil" təxminən 100 min manata satılacaq.
Video

publika.az