Rəssamlıq Akademiyasında yaradıcılıq festivalı
11.12.2014

Dekabrın 19-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində ənənəvi “Baxış” adlı yaradıcılıq festivalı keçiriləcək.

Muzey-sərgi kompleksinin rəhbəri Lalə Eldarova bildirib ki, festival çərçivəsində tələbələrin “Düşüncə” adlı müxtəlif üslublu əsərlərindən ibarət sərgisi açılacaq. Ziyarətçilər sərgiyə baxmaqla yanaşı, dekorativ tətbiqi sənət əsərləri ilə tanış olmaq fürsəti də qazanacaqlar. Sərgi ərəfəsində Yeni il öncəsi yaradıcılıq yarmarkası də təşkil olunur.

Festivalda həmçinin Zaur Tağıyev, Səkinə Zeynalova, Nadir Cəfərov və başqa gənc rəssamların rəngkarlıq və qrafika növündə əsərləri nümayiş olunacaq.

Sərgi fonunda rəssam və bəstəkar Azər Səfərovun əsərləri səsləndiriləcək. Daha sonra “Seyşel adaları” şirkətinin Seyşel adaları ilə bağlı suvenirləri nümayiş olunacaq.

azertag.az