Bank Technique “İlin Bankı” elan edilib
11.12.2014

Bank Technique ASC maliyyə bazarında yeni təşəbbüslərə və innovasiyaların tətbiqinə görə 2014-cü il üzrə “İlin Şirkəti” Milli biznes mükafatının “İlin Bankı” nominasiyasına layiq görülüb.

Bankdan bildiriblər ki, təltifetmə mərasimində iştirak edən “Bank Technique”nin baş direktoru Kamran Axundov təşkilatçılara təşəkkürünü bildirib, təmsil etdiyi qurumun fəaliyyəti və uğurları barədə qısa məlumat verib.

“İlin Şirkəti” Milli biznes mükafatı 2006-cı ildə Azərbaycanda nəşr edilən “Consulting&Business” analitik informasiya jurnalı tərəfindən təsis edilib. Mükafatın laureatları yüksək rentabelliyinə, bazarda dayanıqlı mövqeyə, maliyyə şəffaflığına, beynəlxalq standartlarına uyğunluğuna görə fərqlənən şirkət və qurumlardır.

azertag.az