Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında elmi şuranın iclası olub.
Rəsədxanadan bildiriblər ki, iclasda bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev aparılan elmi tədqiqatlar barədə məlumat verib. Qeyd olunub ki, 2014-cü il üçün nəzərdə tutulan tədqiqat işləri başa çatdırılıb.
Ə.Quliyev vurğulayıb ki, il ərzində rəsədxananın elmi şurasının 14 iclası keçirilib. Üç əməkdaş fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. Xarici ölkələrdə keçirilən beynəlxalq konfranslara 15 məruzə təqdim olunub.
Cari ildə “Azərbaycan Astronomiya Jurnalı”nın dörd nömrəsi çapdan çıxıb.
İclasda çıxış edən alimlər rəsədxanada aparılan tədqiqatların elmi əhəmiyyətindən danışıblar.
azertag.az