Dünyanın ən bahalı fotosu satıldı - FOTO
12.12.2014

Tanınmış fotoqraf Peter Lik tərəfindən çəkilən “Phantom” adlı foto-şəkil rekord qiymətə satılıb.

Bütün dövrlərin ən bahalı fotosu hesab olunan bu şəkilin 6.5 milyon dollara müştərisi çıxıb.

ABŞ-ın Arizona ştatındakı “Antilop” kanyonunda çəkilən bu şəkildə qayaların arasında mağara əks olunub.

Mağaranın üst tərəfindəki açıq hissədən içəriyə süzülən günəş şüası isə fotoya maraqlı görüntü qazandırıb.

ANS PRESS