Aprelin 17-29-da Böyük Britaniyanın paytaxtı Londonda atıcılıq üzrə dünya kuboku uğrunda yarış keçiriləcəkdir.
Yarışda Azərbaycan milli komandaları da iştirak edəcəklər.
Baş məşqçi Hafiz Cəfərovun rəhbərlik etdiyi stend atıcılığı üzrə yığmamızın heyətinə 3 idmançının adı daxil edilmişdir. Bunlar olimpiya çempionumuz Zemfira Meftəhəddinova, Emin Cəfərov və Elvin İsmayılovdur. Güllə atıcılığı üzrə yarışlarda isə ölkəmizi İradə Aşumova ilə Ruslan Lunyov təmsil edəcəklər.
AzərTAc