1,5 dollara aldığı mənzili lüks etdi - FOTOLAR
15.12.2014

İngiltərənin Liverpul şəhərinin sakinlərindən biri 1,5 dollara aldığı dağılmış, uçuq-sökük, viranə mənzili lüks yaşam məkanına çevirib.

Taksi sürücüsü, 45 yaşlı Cəlalal Madda satın aldığı mənzilin təmirinə 150 min funt-sterlinq sərf edib.

Mənzilin tam təmiri başa çatıb və Cəlalal Madda ailəsi ilə birlikdə Milad bayramından sonra bu mənzilə köçəcək.

Liverpul şəhər bələdiyyəsi kənar məhəllərdə yaşamı aktivləşdirmək və sakinlərin sayını artırmaq üçün uçulub-dağılan binalardakı mənzilləri 1 funt-sterlinqdən satışa çıxarmışdı.

Cəlalalın sözlərinə görə, 48 yaşlı xanımı Çaminda və iki qızı təmirdən sonra mənzili çox bəyəniblər.



Milli.az