Kubanın keçmiş lideri Fidel Kastroya “Çinin Nobeli” hesab olunan “Konfutsi" mükafatı verilib.
“Konfutsi” Mükafatı Komitəsi mükafatın “nüvə müharibəsinə qarşı xidmətləri”inə görə veridlyini bildirib.
“Fidel Kastro təqaüdə çıxdıqdan sonra aktiv olaraq dünyanın hər yerindəki liderlər və qruplarla görüşərək nüvə savaşının aradan qaldırılmasında əhəmiyyətli xidmət göstərib”, - komitənin açıqlamasında deyilir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Pn Gi Mun və Cənubi Koreya prezidenti Park Geun-Hye də mükafata namizədlər arasında idi.
publika.az