Gələn ilin yayında Bakının ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində fevralın 6-dan 8-dək ilk dəfə olaraq Azərbaycanda tennis üzrə “2015 İTTF–Europe TOP 16” kuboku yarışları keçiriləcək.
Azərbaycan Stolüstü Tennis Federasiyasından bildiriblər ki, tədbirdə Avropanın ən güclü 16 kişi və 16 qadın tennisçisi mübarizə aparacaq. Yarışlarda Azərbaycanı təmsil edəcək idmançıların adları müəyyənləşib. Kişilərdən ibarət yığma komandanın təcrübəli oyunçusu Fərhad İsmayılov keçirilmiş yarışlarda ən yüksək nəticələr əldə etdiyinə və 2014-cü ilin reytinq cədvəlinə görə “2015 İTTF - Europe TOP 16” kubokunda çıxış etmək üçün vəsiqə qazanıb. Qadınlardan ibarət yığma komandamızın aparıcı oyunçuları olan Bilurə Eminova, Məryəm İmanova və Rüfət Quliyevanın reytinq dərəcələri eyni olduğundan bu üçlük arasında müəyyənedici görüşlər keçirilib. Gərgin mübarizədə yığma komandamızın üzvü, “NN” klubunun təmsilçisi Məryəm İmanova yarışlarda iştirak etmək hüququ qazanıb.
azertag.az