Rusiyalı milyarder Əlişir Usmanov hərraca çıxarılmış Nobel mükafatını sahibinə - amerikalı alimə qaytarıb.
Biznesmen mükafatı keçən həftə Christie’s satış evində keçirilən hərrac zamanı 4,1 milyon dollara əldə etmişdi.
Medalı auksiona əldə edəcəyi gəliri elmi tədqiqatlara sərf etmək niyyəti 86 yaşlı amerikalı bioloq Ceyms Uotson qoymuşdu. Alim Nobel mükafatını 1962-ci ildə fiziologiya və tibb sahəsi üzrə DNK molekulunun strukturunu kəşf etdiyinə görə almışdı.
AzərTAc