Dekabrın 22-də Nizami Kino Mərkəzində “Hadi inşallah” filminin qala – gecəsi keçiriləcək.
Rejissor Ali Taner Baltacının lentə aldığı bu romantik komediya Pucca adlı qızın həyatından bəhs edir.
Dörd il Ankarada bərabər olduğu sevgilisindən ayrılan Pucca, İzmirə ailəsinin yanına dönür. Sevgilisindən telefon zəngi gözləyərkən özünə və evə qapanan gənc qadın ayrığı çox çətin keçirir.
Ailəsi onu bu vəziyyətdən çıxarmaq üçün məcburi yerli telekanalların birinə iş görüşməsinə göndərir. İstəmədən getdiyi məkanda yaraşıqlı “Pekmez” ləqəbli oğlanla qarşılaşan Puccanın həyatına yeni gün doğur...
Qala –gecəsində baş qəhrəmanları canlandıran aktyorlar Murat Boz, Büşra Pekin və filmin yaradıcı qrupunun digər üzvləri iştirak edəcəklər.
Filmi izlədikdən sonra qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.
Qala –gecəsi haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin Facebook səhifəsindən əldə edə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)
Video
gun.az