Günün ulduz falı
6.4.2012

Qoç - İş fəallığı həmişəkindən bir qədər aşağıdır, siz başqa günlərdən daha yavaş və daha az məhsuldar işləyirsiniz. Həmkarlarınız, rəhbərlik və müttəfiqləriniz sizi ruhlandırmağa və ya heç olmasa tələsdirməyə səy göstərəcəklər. Lakin bu səylər sizdə yalnız əsəbiliyə səbəb olacaq.

Siz məqsədinizə çatmaq üçün açıq hərəkətlərə yox, dolayı yollara üstünlük verirsiniz. Bu, müşkül və qəribə vəziyyətə səbəb ola bilər.

Buğa - Bu gün xeyli işin öhdəsindən gələcək, indiyədək əliniz yatmayan layihələri başa çatdıra biləcəksiniz. Qarşıya qoyulan hədəfə doğru sürətlə irəliləyirsiniz. Bədxahlarınız sizi nəinki qabaqlaya, arxanızca çata da bilməyəcəklər.

Günün ikinci yarısında pul gəliri gözlənilir. Hansısa köhnə şəxsi probleminizin həlli mümkündür. Yaxınlarınızla dil tapmaq üçün xüsusi heç nəyə ehtiyac qalmayacaq.

Əkizlər - Siz daha sürətlə və enerjili hərəkət etmək istərdiniz. Amma bu gün heç cür alınmır: birgə işlədiyiniz ləng insanlara uyğunlaşmalı olursunuz. Sizin çıxardığınız nəticələrə uyğun şəkildə hərəkət edə bilməyənləri kütbeyin hesab etmək lazım deyil. Sadəcəç olaraq, bu gün siz daha cəldsiniz.

Bu tendensiya şəxsi həyatda da özünü göstərir: siz işıq sürəti ilə vurulursunuz. Başını itirmək o qədər asandır ki, onsuz qaldığınızı özünüz də hiss etməyə bilərsiniz. Bəyəndiyiniz insanları da bu cür sürətlə məftun edə bilərsiniz.

Xərçəng - Bu gün əqli əmək üçün münasibdir, intellektual potensialınız olduqca yüksəkdir. Həm yeni, həm də əvvəlcədən tanış olduğunuz sahələri öyrənə bilərsiniz. Ulduzların yalnız bir şərti var: məşğul olduğunuz iş sizdə maraq oyatmalıdır.

Sevgidə bəxtiniz gətirəcək. Səhərdən ürəyinizdə hər hansı romantik arzu tutun - çox güman ki, günün sonunadək bu arzunuz həyata keçəcək. Günün gözəl mənzərəsini sizinlə eyni cinsdən olan bəzi şəxslərin apardığı həsəd korlayır.

Şir - Maliyyə işlərində qayda yaratmaq lazımdır: bu gün büdcə planlaşdırması, plan tutulması və hesabatların hazırlanmasının öhdəsindən əla gələ bilərsiniz. İri bazarlıqlar etmək olar. Sürətlə inkişaf edən bizneçə pul qoymaq şansı var. İş səfərləri uğurlu alınacaq.

Sevdiyiniz adamla yola getmək asan deyil. “Yarınız” sizdən çox şey gözləyir. Siz isə bu gözləntilərə cavab vermək istəyib-istəmədiyinizi hələ müəyyənləşdirməmisiniz. Vacib qərarları təkbaşına qəbul edin və heç kimə sizinlə manipulyasiya etməyə imkan verməyin.

Qız - Bu gün böyük nailiyyətlər və vacib qələbələrlə əlamətdar olacaq. Siz ümidsiz görünən vəziyyətlərdə inad nümayiş etdirirsiniz. Bu, ətrafdakılarda, o cümlədən, nüfuzlu şəxslərdə hörmət və maraq yaradır. Maraqlı təkliflərin alınması, sizin üçün faydalı əməkdaşlığa başlanması mümkündür.

Emosional fon sabitdir. Günün əvvəlində əhval-ruhiyyəniz yüksək olacaq, get-gedə isə daha da yüksələcək. Yeni tanışlıqlar, romantik münasibətlərə başlamaq mümkündür. Ulduzlar sizin tərəfinizdədir.

Tərəzi - Gün ahənglə keçəcək. Bəzən çox xoş anlar olsa da, ümumilikdə hadisələrin gedişi sizi çox da sevindirməyəcək. Saatlar keçdikcə etiraf etmək istəmədiyiniz şey daha aydın şəkildə üzə çıxacaq: planlarınız reallıqdan uzaqdır, ümidləriniz əsassızdır, gözləntiləriniz isə əbəsdir. İndi hərəkətə keçmək və vəziyyəti dəyişdirmək olar. Ulduzlar istənilən başlanğıclarda sizi dəstəkləyəcəklər.

Günün ikinci yarısında nasazlıqlar mümkündür. Yorucu olmayan gəzinti və ya evdə sakit istirahətə vaxt tapmaq məsləhətdir. Adamların çox olduğu tədbirlərə getmək tövsiyə olunmur.

Əqrəb - Bu gün çətin ki işləriniz gətirə. Amma planlarınızın həyata keçməsinə mane olan əlverişsiz şərait daha da kəskinləşə bilər. Nüfuzlu adamların dəstəyinə bel bağlamaq yanlış olar. İş müttəfiqlərinizin öhdəliklərini unutmağa, razılaşmaları pozmağa meyllidirlər.

Sevdiyiniz adamla qarşılıqlı anlaşmaya nail olmaq olduqca çətindir. Siz mənfi emosiyalara sərbəst verəcək, sonra isə buna görə peşimanlıq çəkəcəksiniz. Bununla belə, üzr istəməyi lazım bilməyəcəksiniz. Yeni tanışlılar mümkündür. Lakin onlar ani xarakter daşıyacaq.

Oxatan - İşgüzar fəallıq çox yüksəkdir. Siz çox işləyir və yüksək nəticələrə nail olursunuz. Görüşlər yaxşı keçəcək, yeni müttəfiq və partnyorlar tapmaq mümkündür. Sizin peşə nailiyyətləriniz o qədər böyükdür ki, rəhbərlik onları görməyə bilməz. Vəzifədə yüksəlik və ya maaş artımı mümkündür.

Şəxsi münasibətlər sahəsində isə işlər bir qədər pisdir. Amma hər şey o qədər də pis deyil. Bununla belə, sizin nəyinizsə çatışmır. Məhz nəyin çatışmadığını tapmaq üçün eksperimentlər edəcək və bəzən düşünülməmiş hərəkətlərə yol verəcəksiniz.

Oğlaq - Sizi böyük uğur gözləyir - ola bilsin gözlədiyinizdən də böyük. İşin təşkili və ya biznesin genişləndirilməsi ilə bağlı gözlənilməz ideya çox gözəl alınacaq. Onu reallaşdırın və qarşınızda yeni üfüqlar açmış olacaqsınız. Səfərlər, uzaqdan gəlmiş insanlarla təmaslar və xarici dil öyrənmək üçün əla gündür.

Gün romantik görüşlər üçün də əlverişlidir. Sizə maraqlı olan şəxslə münasibətlərin nə qədər uzunmüddətli olacağı o qədər də vacib deyil.

Dolça - Sizin üçün o qədər də asan olmayacaq: mənfi tendensiyaların təsiri çox güclüdür və ondan gizlənmək çətindir. İşdə münaqişələr mümkündür. Həmkarlarınızla ciddi fikir ayrılıqları yaranacaq. Siz heç kim tərəfindən dəstəklənmədiyinizi anladıqdan sonra kollektivi və fəaliyyət sahənizi dəyişməyin vaxtının çatıb-çatmadığı barədə düşünəcəksiniz.

Qeyri-sabit emosional fon əhval-ruhiyyənizdə tərəddüdlərə səbəb olacaq. Alkoqoldan sui-istifadə etməyin, çay və kofeni ot cövhərləri ilə əvəzləyin.

Balıqlar - Dəyərli və aktual informasiya ala bilərsiniz. Bu informasiyadan öz maraqlarınıza uyğun şəkildə nə qədər tez istifadə etsəniz, o qədər yaxşıdır. İndi vaxt bədxahlarınıza işləyir. Yeni işlərə başlamaq, yeni əməkdaşlıq sazihləri imzalamaq, şəxsi biznesinə və ya perspektivli hesab etdiyiniz müəssisələrə investisiya qoymaq olar.

Bu gün sevgili Balıqlara çoxsaylı yaxşı xəbərlər gətirəcək. Ən böyük arzularınızın həyata keçəcəyini ehtimal etməyə kifayət qədər əsasınız var. İntuisiyanıza inanın. O, sizi ən çətin məqamlarda da pis vəziyyətdə qoymayacaq.

Milli.Az