Baş prokuror vətəndaşları ilk dəfə onlayn rejimində qəbul edəcək.
Baş Prokurorluqdan Gün.Az-a verilən məlumata görə, baş prokuror Zakir Qaralov dekabrın 19-da saat 10:00-da canlı bağlantı ilə Lənkəran, Astara və Lerik rayonlarında yaşayan vətəndaşların Lənkəran rayon prokurorluğunun inzibati binasında video konfrans rejimində qəbulunu keçirəcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Lənkəran şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar 18 dekabr 2014-cü il tarixədək yaşadıqları ərazi üzrə rayon və şəhər prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə qəbula yazıla bilərlər.
gun.az