“Olur Olur” filminin mətbuat üçün bağlı nümayişi keçiriləcək
15.12.2014

“Nizami” Kino Mərkəzində mətbuat üçün bağlı film nümayişi keçiriləcək.
Dekabrın 20-də “Nizami” Kino Mərkəzində Türkiyə istehsalı olan “Olur Olur” komediya filminin mətbuat üçün bağlı nümayişi keçiriləcək.

Rejissor Kerem Çakıroğlunun çəkdiyi bu filmdə baş qəhrəman Ali obrazını yaratmış aktyor Alper Kul tədbirin qonağı olacaq və nümayişdən sonra mətbuatın suallarını cavablandıracaq.

Sakit yaşam tərzi keçirən baş qəhrəman - Alinin günlərin birində həyatı alt-üst olur. Buna səbəb illər öncə sevdiyi Azranın təsadufən onun işlədiyi əczaxanaya gəlməsidir. Ali yenidən Azranın diqqətini çəkməyə çalışsa da, ümidləri boşa çıxır və çarəsizlikdən, internetdən oxuduğu elanla bu məsələdə ona kömək etməyi vəd edənlərə müraciət edir. Bundan sonra başına gəldikləri sizi çox güldürəcək...

Filmdə çəkilən aktyorlar arasında Şinasi Yurtsever, Onur Buldu, Yılmaz Gruda, Ayça Varlıer ve Ali Kobanbay kimi parlaq adlar yer alıb.

Filmin nümayişindən qabaq aktyor Alper Kul pərəstişkarlarına aftoqraf paylayacaq.

Tədbirlə bağlı daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin "Facebook" səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)

Gün.Az