Oksanaya həsr olunan klip Hindistanda nümayiş olunacaq
16.12.2014

Rəqqasə Oksana Rəsulovaya həsr olunan “Bu gözəlin rəqsinə bax” adlı mahnıya klip çəkilişləri başa çatıb.

Müğənnilər Natavan Həbibi, İlhamə Qasımova, ABD Malik, Elnur Məmmədov və Azad Şabanov tərəfindən rəqqasəyə hədiyyə ediləcək klip hazırda montaj olunur. Mahnını 4 nəfər oxusa da, klip çəkilişləri zamanı repçi Malik Kələntərli Bakıda olmadığı üçün çəkilişlərdə iştirak etməyib.

Hədiyyə klipi Oksananın qardaşı Ata Rəsulov çəkib.

“Bu gözəlin rəqsinə bax” adlı bəstənin müəllifi Gülnar Hüseynovadır. Bəstənin aranjemanı Nadir Nəğd Pula məxsusdur. Ekran işi təkcə Azərbaycanda yox, Hindistanda da nümayiş olunacaq.

gun.az